ABŞ İranın neft ixracına yol verməyəcək – Marko Rubio

Baş səhifə

Bakı. Trend:

Amerika tərəfi İran neftinin “qanunsuz daşınmasına” və İrana
qarşı dəniz blokadasını pozmaq cəhdlərinə yol verməyəcək.

ABŞ Dövlət Departamenti xəbər verir ki, bu barədə ABŞ dövlət
katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subrahmanyam
Cayşankar ilə telefon danışığı zamanı bildirib.




“İki rəsmi şəxs Hörmüz boğazında baş verən son hadisələri
müzakirə edib. Dövlət katibi bütün ticarət gəmilərinin boğazda
sülhün və təhlükəsizliyin qorunmasına sadiq olan ABŞ hərbi
qüvvələrinin əmrlərinə dərhal əməl etməli olduğunu vurğulayıb”, –
deyə açıqlamada bildirilib.

“O, xüsusilə vurğulayıb ki, Amerika blokadasının pozulmasına və
İran neftinin qanunsuz daşınmasına yol verilməyəcək”, – deyə qeyd
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir