Oman sahillərində tanker zədələndi

Baş səhifə

Oman sahillərində tanker naməlum mərmi ilə vurulub.

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında bildirilib.

Mərmi gəminin burun hissəsinə dəyib.

“Ekipaj zərər çəkməyib və ətraf mühitə hər hansı bir təsir barədə məlumat verilməyib. Tanker növbəti limana doğru kursunu davam etdirir. Hakimiyyət orqanları araşdırma aparır”, – məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir