Bakıda dəhşətli YANĞIN

Baş səhifə

Bakının Xəzər rayonu, Qala qəsəbəsində yanğın hadisəsi qeydə alınıb. Hadisə barədə məlumat və görüntülər sosial şəbəkələrdə yayılıb.

Modern.az xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, alov qısa müddətdə geniş əraziyə yayılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları və müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hazırda alovun lokallaşdırılması və tam söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir. Hadisənin başvermə səbəbləri, eləcə də xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi açıqlama verilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir