
Bakı. Trend:
İran İslam Respublikası ilə bağlı saziş artıq yekun mərhələyə
çatıb.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində
paylaşım edib.
O, əldə olunan razılaşma münasibətilə hər kəsi təbrik etdiyini
bildirib.
“Bu qərarla Hörmüz boğazının ödənişsiz şəkildə açılmasına və ABŞ
Hərbi Dəniz Qüvvələrinin blokadasının dərhal aradan qaldırılmasına
icazə verirəm. Dünya gəmiləri, mühərriklərinizi işə salın. Neft
yenidən axmağa başlasın”, – deyə Tramp qeyd edib.

