
Bakı. Trend:
Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır, bəziləri
neftlə yüklənib.
ABŞ prezidenti Donald Tramp bu barədə “TruthSocial” sosial media
platformasında yazıb.
“Onlar tamamilə təhlükəsiz, etibarlı və maneəsiz olan cənub yolu
ilə hərəkət edirlər. Keçid üçün başqa yollar da var”, – deyə Tramp
qeyd edib.
Hörmüz boğazından gəmiçiliyin bərpası, tərəflərin 19 iyunda
Cenevrədə imzalayacağı gözlənilən ABŞ-İran sülh müqaviləsinin
şərtlərindən biridir. Tehranın son hücumlarından sonra Vaşinqton
boğazda “dəniz xidmətləri”nin idarə olunması da daxil olmaqla,
memorandumun müddəalarını dəyişdirmək qərarına gəlib.

