Ağstafada evdə 51 yaşlı kişi meyiti tapılıb

Baş səhifə

Ağstafada evdə meyit tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü 51 yaşlı E.Əliyevin meyiti yaşadığı evdə aşkarlanıb.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbi məlum deyil.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib.

Məlumata görə, E.Əliyev spirtli içki aludəçisi olub.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir