Ağstafada 51 yaşlı kişinin meyiti evində tapıldı

Baş səhifə

Ağstafa rayonunda evdə meyit aşkarlanıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Xətai kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, 1975-ci il təvəllüdlü E.Əliyevin meyiti yaşadığı evdə tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin məlumata əsasən, ölümün səbəbi hələlik məlum deyil.

Mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Bildirilir ki, E.Əliyev spirtli içki aludəçisi olub.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir