İqtisadi və sosial inkişafda qeyri-bərabərlik böhranlar fonunda artır – İƏİT

Baş səhifə

Bakı. Trend:

Qlobal iqtisadiyyatda böhran prosesləri fonunda ölkələr arasında
inkişaf səviyyəsində qeyri-bərabərlik müşahidə olunur və
dövlətlərin əhəmiyyətli hissəsi göstəricilərin zəifləməsi ilə
üzləşir.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının (OECD) İnkişaf üzrə Əməkdaşlıq Direktorluğunun
direktor müavini Haye Şyutte Bakıda keçirilən İslam İnkişaf Bankı
Qrupunun 14-cü özəl sektor forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, son illərdə inkişaf dinamikasında ciddi
dəyişikliklər müşahidə olunur: bəzi ölkələr artım nümayiş etdirdiyi
halda, digərlərində göstəricilər, o cümlədən azalma qeydə
alınır.




Şyutte bildirib ki, İƏİT-yə üzv ölkələrin təxminən yarısı artım
göstərir, digər yarısı isə vəziyyətin pisləşməsi ilə üzləşir. O, bu
dinamikaya konfliktlərin və böhran amillərinin ciddi təsir etdiyini
vurğulayıb.

“Sub-Sahara Afrika ölkələri iqtisadi inkişaf baxımından ən
həssas regionlar sırasındadır. Səhiyyə məsələləri də inkişafı təsir
edən əsas amillərdən biri olaraq qalır”, – deyə o qeyd edib.

“İqtisadi və sosial prosesləri daha dəqiq anlamaq üçün
monitorinq və məlumatların təhlili sistemlərinin gücləndirilməsi
vacibdir. İƏİT çərçivəsində artıq təxminən on ildir müəyyən edilmiş
prinsiplər və metodologiyalar əsasında inkişafın qiymətləndirilməsi
və monitorinqi aparılır. Əsas prioritetin məlumatların
keyfiyyətinin, analitik alətlərin və siyasət effektivliyinin
qiymətləndirilməsi sistemlərinin təkmilləşdirilməsidir”, – o
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir