
Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20
milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb.
Dövlət Gömrük Komitəsinin hesbatına əsasən, bu, ötən ilin eyni
dövrünə nisbətən 178 milyon dollar və ya 0,8% azdır.
Dövr ərzində ölkənin xarici ticarət dövriyyəsinin 13 milyard 970
milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə
idxalın payına düşüb. Beləliklə, son bir ildə ixrac 2,969 milyard
dollar və ya 27% artıb, idxal isə 3,147 milyard dollar və yaxud
31,6% azalıb.
Nəticədə xarici ticarətdə 7 milyard 152 milyon dollarlıq müsbət
saldo yaranıb ki, bu da illik müqayisədə 6,116 milyard dollar və ya
6,9 dəfə çoxdur.

