Şahbuzda tank əleyhinə qumbaraatanın idarəetmə mühərriki aşkarlanıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Şahbuz rayonunda hərbi sursat aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə polis
əməkdaşları tərəfindən rayon ərazisində hərbi sursatın aşkar
edilməsi barədə məlumat daxil olub.

Məlumat əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar
Nazirliyinin pirotexnikləri dərhal hadisə yerinə cəlb
ediliblər.




Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə təhlükəsizlik
tədbirləri görüldükdən sonra əraziyə baxış keçirilib. Baxış zamanı
aşkar edilən sursatın 1 ədəd “RPQ-7” tipli tank əleyhinə
qumbaraatanın idarəetmə mühərriki olduğu müəyyənləşdirilib.

Aşkarlanan sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi
məqsədilə götürülərək ərazidən kənarlaşdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir