İİB seçilmiş tərəfdaş statusunu qorumağa çalışır – Məhəmməd Əl-Cəssir

Baş səhifə

Bakı. Trend:

İslam İnkişaf Bankı Qrupu (İİB) seçilmiş tərəfdaş statusunu
qorumağa çalışır.

Trend-in
tədbirdəki müxbirinin verdiyi məlumata görə, bunu İİB Qrupunun
sədri Məhəmməd Əl-Cəssir Qrupun 14-cü Özəl Sektor Forumunda
bildirib.

“Biz seçilmiş tərəfdaş olaraq qalmaq istəyirik. Əvvəlcədən
hazırlanmış modellərlə gəlmirik. Bankın işi təcrübə mübadiləsi və
birgə həll yolları axtarmaq üzərində qurulub. Ölkələrin qaldığı
yerdən başlayırıq. Birlikdə otururuq, bilik və təcrübəmizi
bölüşürük və bəzi ölkələrdə nəyin işlədiyini, digərlərində isə
nəyin işləmədiyini nümayiş etdiririk”, – deyə o bildirib.

Əl-Cəssir regional əməkdaşlığın inkişafın əsas amili olduğunu
vurğulayıb.

Onun sözlərinə görə, ölkələr qonşuları ilə işləməli və güclü
tərəflərinin bir-birini tamamladığını və paylaşıla biləcəyini təmin
etməlidirlər. O hesab edir ki, əməkdaşlığın olmaması ölkələr
arasında gərginliyin artmasına səbəb ola bilər.

Əl-Cəssir qeyd edib ki, iqtisadi inkişaf aydın planlaşdırma və
balanslaşdırılmış yanaşma tələb edir.




“İqtisadi inkişaf sağlam düşüncə və mükəmməl planlaşdırma tələb
edir. İnkişaf həmçinin sosial və infrastruktur aspektlərini də
əhatə etməlidir. Bank Cənubi Amerikadan Cənub-Şərqi Asiyaya qədər
geniş regionlardakı ölkələrlə işləyir. Biz Surinam və Qayana, eləcə
də İndoneziya kimi ölkələrlə işləyirik. Bankın 57 üzvü uğurlu
təcrübələrini bölüşməyə hazırdır”, – deyə o bildirib.

M. Əl-Cəssir üzv ölkələrin birgə layihələrin həyata
keçirilməsində fəal iştirakını vurğulayıb.

Onun sözlərinə görə, Bank üzv dövlətlər arasında birgə
layihələrin maliyyələşdirilməsini və faydaların bölüşdürülməsini
təşviq edir.

“Biz ölkələri layihələri birgə həyata keçirmək və hətta bir
üzvün faydalarını digərləri ilə bölüşmək üçün bir araya gətiririk.
İnteqrasiya təkcə infrastruktur qurmaq deyil, həm də dəyərləri və
faydaları bölüşmək deməkdir.

Davamlı inkişaf faydaların geniş bölüşdürülməsi olmadan mümkün
deyil. Rifah tək bir qrup daxilində qaldıqda davamlı ola bilməz.
Rifah nə qədər geniş yayılarsa, bir o qədər davamlıdır”, – deyə M.
Əl-Cəssir bildirib.

İİB-in rəhbəri əlavə edib ki, bankın təcrübəsi və işi ölkələr
arasında inteqrasiya proseslərinin dəstəklənməsində əsas rol
oynayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir