Paytaxtın iki rayonunda işıq olmayacaq

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərində
elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidməti məlumat yayıb.




“İyunun 20-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin
(RETSİ) ərazisində 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq
bölmələrdə təmir işləri aparılacaq. Bununla əlaqədar saat 00:30-dan
02:30-dək Nəsimi rayonu Mirəli Qaşqay, Feyzulla Qasımzadə,
Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Hənifə Ələsgərov, Qulu
Quliyev, Abbas Səhhət, Hüseyqulu Sarabski. Süleyman Rüstəm
küçələri, Vaqif prospekti, Nərimanov rayonu Ceyhun Hacıbəyli, Həsən
bəy Əliyev küçələri, Heydər Əliyev prospektinin bir hissəsində
elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir
işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli
elektrik enerjisi ilə təmin olunacaq”, – deyə qurumun Məbuat
Xidmətindən bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir