“Barselona” danimarkalı müdafiəçi ilə müqavilə imzalayacaq

Baş səhifə

Bakı. Trend:

“Barselona” iyunun sonunda müqaviləsi başa çatan Andreas
Kristensenlə bağlı qərar verib.

İspaniya çempionu danimarkalı futbolçunu komandada saxlayacaq.
Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.




30 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik yeni sözləşmə
imzalanacaq.

Qeyd edək ki, Andreas Kristensen 2022-ci ilin yayından “Barselona”da çıxış edir. Danimarka millisinin üzvü 2025/26
mövsümündə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 18
rəsmi matçda 1 qol vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir