Astaranın dağ yolunda ağır qəza: sürücü hadisə yerində öldü (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Astara rayonunda dağlıq yolda dərəyə aşan avtomobilin sürücüsü
həyatını itirib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidməti
(BDYPİ) məlumat yayıb.

“İyunun 18-i saat 19:00 radələrində Astara rayonunun Siyaku
kəndinin ərazisində “VAZ” markalı avtomobil yoldan çıxaraq dərəyə
yuvarlanıb. İstehsal ili 30 ildən çox olan avtomobilin ciddi
deformasiyaya uğraması nəticəsində sürücüsü T.Eyvazov hadisə
yerində həyatını itirib. Qəzada xəsarət alan üç sərnişin isə
xəstəxanaya yerləşdirilib.




Baş Dövlət Yol Polisi İdarəsi yay mövsümü ilə əlaqədar, xüsusilə
dağlıq zonalarda analoji hadisələrə tez-tez rast gəlindiyini
təəssüflə qeyd edir, bununla yanaşı sərt döngəli, enişli-yoxuşlu
yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha
sürücülərin diqqətinə çatdırır, onları dağlıq ərazilərə səfərlər
zamanı daha diqqətli olmağa, meteoroloji şəraiti, avtomobilin
sazlığını, onun texniki xarakteristikasının keçəcəyi ərazinin
relyefinə uyğun olub-olmamasını nəzərə almağa çağırır!”,-deyə
qurumun Mətbuat Xidmətindən bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir