
Lerik Rayonu üzrə Təhsil Sektorunun müdiri vəfat edib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lerik Rayon Təhsil Sektorunun müdiri Zöhrab Salayev 65 yaşında vəfat edib.
Z.Salayevin xəstəlikdən öldüyü deyilir. Bu barədə Lənkəran Astara Regional Təhsil İdarəsindən məlumat verilib.
O da bildirilir ki, Zöhrab Salayev bu ilin fevralında təqaüdə çıxmışdı.

