Ronaldinyo peşəkar futbol karyerasını bərpa edir

Baş səhifə

Bakı. Trend:

Braziliya millisinin sabiq oyunçusu Ronaldinyo peşəkar futbol
karyerasını bərpa etmək qərarına gəlib.

Bu barədə “Sky Sport Italia” məlumat yayıb.

​46 yaşlı əfsanə İtaliya C Seriyasında çıxış edən və İnyatsio
Çiprianinin rəhbərlik etdiyi “Ravenna” klubu ilə müqavilə
imzalayacaq. Braziliyalının təqdimat mərasimi iyunun 23-də Mayamidə
baş tutacaq.




​Bundan əlavə, Ronaldinyo klubun iddialı layihəsinin bir
hissəsinə çevriləcək. Belə ki, klub yeni formada ona xüsusi bir
detal həsr etmək qərarına gəlib. Formanın üzərində Ravennanı
simvolizə edən “R” hərfi braziliyalının loqosu olan “R10” ilə
birləşdiriləcək.

​Xatırladaq ki, Ronaldinyo karyerasını 2018-ci ilin yanvarında
başa vurub. O, son rəsmi oyununu isə 2015-ci ildə keçirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir