Bu orta ixtisas təhsil müəssisəsində plan yerlərinin 70 faizə qədəri boş qalıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə orta ixtisas təhsili müəssisələri arasında qəbul
planının ən az dolma göstəricisi Ağdam Musiqi Kollecində olub. Bu
orta ixtisas təhsili müəssisəsinin plan yerlərinin 68.63%-i boş
qalıb.

Bunu DİM-in “Abituriyent” jurnalının 12-ci nömrəsi əsasında
Trend.az müxbiri
müəyyən edib.




“Ümumi orta təhsil bazasında ötən il 41 orta ixtisas təhsili
müəssisəsinə qəbul aparılıb. Bu təhsil müəssisələrinin ikisində
plan yerləri 100% dolub”, – Trend.az müxbirinin nəzərdən keçirdiyi
həmin nəşrdən belə görünür.

27 orta ixtisas təhsili müəssisəsində boş qalan plan yerləri
10%-dək, qalan 12 orta ixtisas təhsili müəssisəsində isə 10%-dən
yuxarıdır, – bu da jurnalda əks olunan məlumatlardandır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir