
Bakı. Trend:
İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Hörmz boğazının
bağlandığını elan edib.
Bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) bəyanat
yayıb.
Bildirilib ki, İran və ABŞ arasında müharibəyə son qoyulmasına
dair anlaşmanın 1-ci müddəasının yerinə yetirilməməsi, İsrail
tərəfindən Livanın cənubunda atəşkəsin davamlı şəkildə pozulmasına
reaksiya olaraq Hörmüz boğazı gəmilərin keçidi üçün bağlı
olacaq.
Qeyd olunub ki, bu, qarşı tərəfin öz öhdəliyini yerinə
yetirməməsinə ilk cavabdır. Atəşkəs pozulması davam etdiyi halda,
öhdəliklərini yerinə yetirmək üçün növbəti addımlar atılacaq.
ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret
nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana
qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili
və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub.
Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs
razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.

