Azərbayan-Özbəkistan müttəfiqlik münasibətləri müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov
iki ölkə arasında müttəfiqlik münasibətlərini müzakirə ediblər.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin məlumatına
görə, iyunun 20-də nazirlər arasında telefon danışığı baş
tutub.

“Telefon danışığı zamanı Azərbaycan ilə Özbəkistan arasında
müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksək
səviyyəli qarşılıqlı səfərlər, əldə olunmuş razılaşmaların icrası,
habelə ticarət, iqtisadiyyat, investisiyalar, nəqliyyat, logistika
və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq
istiqamətləri müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin regional və beynəlxalq
təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT və digər
çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən
keçirilib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional və
beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar”,
məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir