Sumqayıtda yaşayış binasında PARTLAYIŞ

Baş səhifə

Sumqayıt şəhərində partlayış hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin 42-ci məhəlləsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb.

İlkin məlumatlara əsasən, partlayış nəticəsində xəsarət alan şəxslər var. Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürmə xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının nümayəndələri göndərilib.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilir.

Fakt üzrə araşdırmalara başlanılıb, partlayışın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir