
Bakı. Trend:
Qlobal bazarlara 17 milyon bareldən çox neft və digər yük
daşıyan 55 ticarət gəmisi 24 saat ərzində Hörmüz boğazından
keçib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı
(CENTCOM) məlumat yayıb.
Məlumata əsasən, ABŞ qüvvələri naviqasiya azadlığını dəstəkləmək
üçün boğazda fəaliyyətini davam etdirir. Komandanlıq beynəlxalq su
yolundan təhlükəsiz keçidin davam etdiyini qeyd edib.
Bundan əlavə, Birgə Dəniz Məlumat Mərkəzi bu həftə heç bir maneə
və ya məhdudiyyət olmadan təyin olunmuş marşrut üzrə gəmi
hərəkətinin təhlükəsizliyini təsdiqləyərək bildiriş yayımlayıb.

