Azərbaycanda tanınmış şair İsmayıl İmanzadə bu gün dunyasını dəyişib.
Bu barədə Metbuat.az-a mərhumun qohumları məlumat verib. Onlar şairin xəstəlikdən vəfat etdiyini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir şöbəsinin rəhbəri olan İsmayıl İmanzadə 1945-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. O, 20-dən çox kitabın müəllifidir.
Mərhum sabah torpağa tapşırılacaq.
Səbinə Hüseynzadə

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

