Mingəçevirdə mağazada yanğın baş verib (FOTO)

Baş səhifə

Mingəçevir. Trend:

Mingəçevir şəhərində “Tam Store” şəbəkəsinə məxsus mağazada
yanğın olub.

Trend-in yerli müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin
Şah İsmayıl Xətai küçəsində qeydə alınıb. Əraziyə dərhal Fövqəladə
Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə hissəsinin
əməkdaşları cəlb olunublar.

Yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənərək Mingəçevir
Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.




Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alov qısa
müddətdə söndürülüb və onun ətrafdakı mağazalara keçməsinin qarşısı
alınıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir