İsmayıllıda ağır qəza –

Baş səhifə

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə iyunun 21-də saat 13 radələrində İvanovka-Qalagah-Göyçay yolunun 13-cü kilometrində Uştal kənd ərazisindən keçən hissədə qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İsmayıl Rafiq oğlu Mahmudovun idarə etdiyi “Ford” markalı avtomaşınla 1969-cu il təvəllüdlü Elxan Hüseyn oğlu Nağıyevin idarə etdiyi VAZ-2106 avtomobili toqquşub. Nəticədə, VAZ-dakı sərnişin Yeganə Hüseyn qızı Salmanova hadisə yerində ölüb, sürücü Elxan Nağıyev, sərnişinlər – İlham Salmanov və Şahmalı Salmanov müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Davud Tarverdiyev / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir