Sosial ödənişlərin verilmə tarixi AÇIQLANDI

Baş səhifə

Ünvanlı dövlət sosial yardımlarının iyunun 24-dək ödənilməsi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, vəsaitlərin vətəndaşların hesablarına mərhələli şəkildə köçürülməsi prosesi ayın 24-dən gec olmayaraq yekunlaşdırılacaq.

Qeyd edək ki, respublika üzrə pensiyaların ödənişi isə iyunun 19-da həyata keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir