
Bakı. Trend:
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində
fasilə yaranacaq.
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
“İyunun 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı
İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir
işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək
Murtuza Muxtarov, Zərgərpalan, Balababa Məcidov, Cəfər Cabbarlı,
Əli bəy Hüseynzadə, Salatın Əsgərova küçələrinin bir hissəsində
elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra
olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan
13:00-dək Kamil Balakişiyev, İmadəddin Nəsimi, Mehdi Abbasov, Əzim
Əzimzadə, Şirin Mirzəyev, Məmməd Səid Ordubadi, Əlif Hacıyev
küçələrinin bəzi hissələrini əhatə edəcək.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd
olunub.

