Çevik Polis Alayına xidmətə qəbul elan edildi

Baş səhifə

Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqə elan edib.

Modern.az-ın məlumatına görə, bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, müsabiqədə ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək olan, boyu 180 santimetrdən yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş tələblərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir