Erməni hərbçi yaralandı: ayağı amputasiya olundu

Baş səhifə

Ermənistan Silahlı Qüvvələrinin Lori əyalətindəki Pəmbək Dağ Təlimi Mərkəzində bir hərbçi yaralanıb.

Modern.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, əsgər əməliyyat olunub, tibbi müşahidə altındadır və həyatı üçün təhlükə yoxdur.

Müdafiə Nazirliyi aydınlıq gətirib: “Müvafiq qanunlar (şəxsi məlumatların qorunması və tibbi məxfilik haqqında) buna icazə vermədiyi üçün əsgərin sağlamlığı və ya digər şəxsi məlumatları barədə məlumatı açıqlaya bilmərik”.

Lakin “Armlur” saytı əsgərin bir ayağını itirdiyini bildirib. Yaralı əsgər paytaxtdakı Nubaraşen hərbi hissəsində xidmət edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir