Suriya prezidenti NATO sammiti zamanı Ankaraya gələ bilər

Baş səhifə

Bakı. Trend:

Suriya prezidenti Əhməd əl-Şaraa 7-8 iyul tarixlərində
keçiriləcək NATO sammiti zamanı Ankaraya gələ bilər.

Xarici media yazır ki, Türkiyə hakimiyyəti bu səfərə hazırlaşır.
Suriya liderinin səfəri sammitin proqramına daxil deyil, lakin onun
potensial görüşləri əl-Şaraanın beynəlxalq mövqeyini gücləndirə
bilər. Bəzi NATO liderləri regional təhlükəsizlik, terrorizmlə
mübarizə və Suriyanın yenidən qurulması məsələlərini Əş-Şara ilə
müzakirə edə bilərlər.

Türkiyə hökuməti və Suriya İnformasiya Nazirliyi bu məlumatla
bağlı şərh verməkdən imtina edib.




ABŞ və Avropa ölkələri Suriyanı özlərinə yaxınlaşdırmaq, Rusiya
və İranın Suriyadakı təsirini azaltmaq istəyirlər.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin Livanda yerləşən
Hizbullah qruplaşması ilə mübarizə metodlarından narazılığını
bildirmiş və Suriyanın bu problemi həll etmək üçün daha yaxşı
mövqedə ola biləcəyini irəli sürmüşdü.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir