Bütün sosial ödənişlərin iyunun 24-də yekunlaşdırılacaq

Baş səhifə

Bakı. Trend:

Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq.

Dövlət Sosial Müdafiə Fondunun rəsmi saytında dərc olunan
məlumata görə, Fond tərəfindən bütün müavinət, təqaüd, kompensasiya
və ünvanlı dövlət sosial yardımlarının iyunun 24-də ödənilməsi
nəzərdə tutulub.

Beləliklə, respublika üzrə bütün sosial ödənişlər
yekunlaşdırılmış olacaq.

DSMF-nin məlumatına görə, 2026-cı ilin yanvar-aprel ayları
ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial
yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 340,1
milyon manat və ya 10,79% çox olmaqla 3,49 milyard manatdan çox
vəsait ödənilib.

2026-cı ildə Azərbaycanda sosial müavinət və təqaüdlər, əvvəlki
illərdə həyata keçirilən sosial islahatlar nəticəsində təsdiqlənmiş
və əhəmiyyətli dərəcədə artırılmış məbləğlərlə ödənilir. Ödənişlər,
vətəndaşların müraciəti olmadan elektron sistem üzərindən proaktiv
qaydada təyin edilir.




Əlilliyə görə sosial müavinətlər:

81–100% əlillik üçün – 300 manat, 61–80% əlillik üçün – 250
manat, 31–60% əlillik üçün – 180 manat.

Ailə başçısını itirməyə görə müavinət – 140 manat, hərbi
qulluqçuların uşaqlarına müavinət – 140 manat, valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların
qəyyumlarına müavinət – 140 manat təşkil edir.

Qeyd edək ki, Yaşa görə müavinət (əmək pensiyası hüququ
olmayanlar üçün): Əmək pensiyası üçün tələb olunan şərtləri yerinə
yetirməyən, rəsmi gəliri və ya stajı olmayan şəxslərə yaşa çatdıqda
təyin edilir.

Aylıq ödənişlərin (pensiya, müavinət və təqaüdlər) hansı
tarixlərdə köçürüldüyünü isə Dövlət Sosial Müdafiə Fondu xəbərləri
vasitəsilə izləmək mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir