İmtahan bitən kimi “ictimai ekspertiza başlayır” – Məleykə Abbaszadə

Baş səhifə

Bakı. Trend:

İmtahan bitən kimi “ictimai ekspertiza başlayır”.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə
Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Baku TV”-yə
birgə müsahibəsində bildirib.

DİM sədrinin sözlərinə görə, sualların proqramdan kənar olması
ilə bağlı hər hansı apellyasiya müraciəti qeydə alınmayıb.




“Ümumiyyətlə bizim imtahan modelimiz tamamilə açıq modeldir.
Suallar kitabça şəklində şagirdlərə paylanılır. İmtahan bitən kimi
həmin gün “ictimai ekspertiza” başlayır. Bu prosesdə ən adi
vətəndaşdan tutmuş elmi dərəcəsi olan akademiklərə qədər hər kəs
sualları yoxlaya bilər. Hətta bu gün süni intellekt alətləri, o
cümlədən ChatGPT vasitəsilə də sualların təhlili mümkündür. Biz
həmin gün bütün sualların izahını təqdim edirik, eyni zamanda hər
sualın proqramın hansı mövzusuna, hansı sinif səviyyəsinə aid
olduğunu da göstəririk. İctimaiyyət də bunu çox yaxşı bilir. İndiyə
qədər bir dəfə də olsun belə bir iddia irəli sürülməyib ki, “bu
sual dərslikdə yoxdur”.

“Proqramdan kənardır” yox, “məktəbdə keçməmişik”, “proqramda
var, amma keçməmişik” kimi fikirlər səsləndirilir. Bu isə artıq
başqa məsələdir. Proqram var, dərslik var və biz bunları mütəmadi
olaraq dərc edirik. Əgər doğrudan da proqramdan kənar sual olsaydı,
bu, ciddi bir məsələ kimi dərhal gündəmə gələrdi və
araşdırılardı.

Qeyd edək ki, müsahibə 23 iyun 20:45-də Trend Beynəlxalq
İnformasiya Agentliyində və “Baku TV” televiziya kanalında
yayımlanacaq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir