Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

Baş səhifə

Bakı. Trend:

Bu gün Qırğızıstanın Bişkek şəhərində Şanxay Əməkdaşlıq
Təşkilatının (ŞƏT) növbəti sammiti təşkil olunub.

Trend xəbər verir ki, sammiti işıqlandırmaq üçün 500-dən çox
yerli və xarici media nümayəndəsi akkreditasiyadan keçib.

Onlardan 434-ü xarici jurnalistlərdir və 115 media qurumunu
təmsil edirlər.

Çin, Hindistan, Rusiya, Qazaxıstan, Pakistan, Özbəkistan, İran
və digər ölkələrdən jurnalistlər Bişkekə gəliblər.

Azərbaycan mediasının nümayəndələri də sammiti izləyərək,
keçirilən görüşlər və qəbul olunan qərarlar barədə operativ
məlumatlar təqdim edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir