
Bakı. Trend:
Son bir həftə ərzində Fransada həddindən artıq isti hava
şəraitində 40 nəfər su hövzələrində boğulub.
Baş nazir Sebastyan Lekornu bunu faciəvi fəlakət adlandırıb.
“Aldığımız son rəqəmlərə görə, 18 iyundan bəri 40 nəfər
boğulub”. O, qurbanların əsasən gənclər olduğunu qeyd edib.
Fransa Milli Meteorologiya Agentliyinin məlumatına görə, ölkə
1947-ci ildə qeydə alınmağa başlayandan bəri ən isti gecəsini
yaşayıb. İsti hava dəmir yolu sisteminə təsir göstərib.
Şəhərlərarası qatarların sayı azaldılıb. Bundan əlavə, bəzi
şəhərətrafı və metro xətlərində qatarlar adi haldan daha yavaş
sürətlə hərəkət edir.
Fransanın bir neçə şəhərində temperatur 40 dərəcəni keçib.
Nantda 44 dərəcə, Bordoda isə tempratur 43 dərəcəyə yüksəlib.
İsti hava şəraitində Fransa Milli Assambleyasının üzvlərinə
iclaslara qalstuksuz qatılmağa icazə verilib.

