CENTCOM İran ətrafında ABŞ ordusunun vəziyyətini açıqladı

Baş səhifə

Bakı. Trend:

İki Amerika nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi –
USS George HW Bush və USS Abraham Lincoln İranın cənub-şərqində
Ərəb dənizində patrul xidmətini davam etdirir.

Bu barədə ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM)
məlumat yayıb.

Komandanlığın açıqlamasında deyilir ki, Amerika qoşunları
bölgədədir və sayıq xismət aparırlar.




Mərkəzi Komandanlıq əlavə edib ki, ABŞ qüvvələri Yaxın Şərq
bölgəsində havada, quruda və dənizdə mövcudluğunu davam
etdirir.

Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələri İnstitutunun
məlumatına görə, Vaşinqton və Tehran arasında memorandum
imzalanmasına baxmayaraq, ABŞ Hərbi Dəniz Qüvvələrinin böyük bir
qüvvəsi Ərəbistan dənizində qalır. Buraya iki təyyarədaşıyan gəmi,
bir kreyser, 13 idarə olunan raket esminesi və dəniz ekspedisiya
batalyonunu daşıyan dörd böyük amfibiya gəmisi daxildir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir