SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!

Baş səhifə

Bakı. Trend:

SİMA rəqəmsal imza “Birbank Biznes” mobil tətbiqinə inteqrasiya
olunub.

Artıq fərdi sahibkarlar “SİMA İmza” vasitəsilə “Birbank Biznes”
tətbiqində qeydiyyatdan keçə, onlayn şəkildə hesab yarada, mövcud
hesablarına daxil olaraq bank əməliyyatlarını məsafədən idarə edə
bilərlər.




“SİMA İmza”nın onlayn şəkildə əldə olunması və “Birbank Bizbes”
daxilində sənədləşmə proseslərinin rəqəmsal formada həyata
keçirilməsi istifadəçilərə biznes proseslərini daha çevik və
təhlükəsiz idarə etməyə imkan verir. Hər hansı xidmət ofisinə
getməyə ehtiyac qalmadığı üçün vaxt və resurs itkisi minimuma
endirilir.

Qeyd edək ki, SİMA fərdi sahibkarlar üçün istənilən vaxt,
istənilən yerdən əldə oluna bilən müasir və etibarlı biznes imzası
təqdim edir. İmzanı mobil tətbiqi yükləyib qeydiyyatdan keçməklə
bir neçə dəqiqə ərzində almaq mümkündür. Sahibkarlar 6AYPULSUZ
promokodu vasitəsilə SİMA rəqəmsal imzadan ilk 6 ay müddətində
tamamilə ödənişsiz istifadə edə bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir