
“Mən bura gəmimlə gəlmişəm, lövbər salmışam və bütün sərvəti özümlə aparmaq istəyirəm. Bütün gücümlə rəqibimin qarşısına çıxacağam. Mən döyüşçüyəm, o isə akrobat, aktyor və rəqqasdır”.
Metbuat.az-ın məlumatına görə, bu sözləri UFC döyüşçüsü Şara Maqomedov jurnalistlərin suallarını cavablayarkən deyib.
Şara futbol sevgisini də gizlətməyib. O bildirib ki, bir vaxtlar futbolçu olmağı arzulayıb:
“Hazırda dünya çempionatı davam edir. Mən də futbolçu olmaq istəmişəm. Yaxşı hücumçu idim, amma məni qapıçı kimi oynadırdılar. İndi isə öz işimə daha çox maraq göstərirəm. Qələbə qazansam, bunu qeyd etməyin ən gözəl yolu dağlara getməkdir. Daha çox aktiv istirahəti sevirəm. Ailəmlə birlikdə dağlarda vaxt keçirmək istərdim”.
Qeyd edək ki, UFC Bakı turniri iyunun 27-də Milli Gimnastika Arenası-nda keçiriləcək.
Sevinc İbrahimzadə / Metbuat.az

