Qarabağ Universitetində “Tələbə həyatının ritmi” adlı sosial-mədəni tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Tədris ilinin yekunlaşması münasibətilə Qarabağ Universitetinin
tələbə yataqxanasında universitetin müəllim və tələbə heyətinin
iştirakı ilə “Tələbə həyatının ritmi” adlı sosial-mədəni tədbir
təşkil olunub.

Qarabağ Universitetindən daxil olan məlumata görə, tədbir
çərçivəsində müxtəlif interaktiv oyunlar və əyləncəli yarışlar
keçirilib.




İncəsənət fakültəsinin musiqi ixtisası üzrə təhsil alan
tələbələri tərəfindən musiqi ifaları təqdim olunub, Dizayn ixtisası
tələbələrinin hazırladığı rəsm əsərləri isə sərgi formatında
nümayiş etdirilib.

Eyni zamanda tələbələrin təşəbbüsü ilə yataqxana ərazisində quş
yuvaları asılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir