
Bakı. Trend:
İraq Respublikasının Prezidenti Nizar Amidi Prezident İlham
Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat
yayıb.
“Dost Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə
Zati-alinizə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı
çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və uğurlar,
xalqınıza isə davamlı tərəqqi və firavanlıq arzulayırıq.
Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və
xalqlarımız arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə
sadiqliyimizi bir daha təsdiqləyirik”.

