Dünya çempionatı: Mərakeş Haitiyə qalib gəldi

Baş səhifə

Futbol üzrə dünya çempionatında Mərakeş Haitini məğlub edib.

Modern.az xəbər verir ki, Atlanta stadionunda keçirilən C qrupunun III turunun matçında Afrika təmsilçisi 4:2 hesablı qələbəyə sevinib.

Mərakeşin heyətində Əşrəf Hakimi (39), İsmael Sayberi (45+1), Sufiyan Rahimi(78) və Casim Yasin (89) qol vurublar. Haitidə isə Lenni Jozef (10) və Vilson İzidor (43) dəqiq oynayıblar.

Qeyd edək ki, bu qələbə sayəsində Mərakeş 7 xalla C qrupunu ikinci tamamlayıb. Xalsız olan Haitinin isə qrupdan çıxmayacağı daha əvvəldən dəqiqləşmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir