Almaniyada tənha yaşayan insanların sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Almaniyada tənha yaşayan insanların sayı son 20 ildə əhəmiyyətli
dərəcədə artaraq rekord həddə çatıb.

Federal Statistika İdarəsinin (Destatis) açıqladığı ilkin
nəticələrə əsasən, 2025-ci ildə Almaniyada 17,3 milyon nəfər tək
yaşayıb. Bu da ölkə əhalisinin 20,9 faizini təşkil edir. Bu
göstərici 2005-ci ildə 14,2 milyon nəfər və ya əhalinin 17,3
faizini təşkil edib. Beləliklə, son 20 ildə tənha yaşayanların sayı
22,3 faiz artıb.

Statistikaya görə, tək yaşayanların payı xüsusilə yaşlılar
arasında yüksəkdir. Yaşı 65 və yuxarı şəxslərin 34,4 faizi, 85
yaşdan yuxarı insanların isə 55,8 faizi tək yaşayır. Eyni zamanda,
25-34 yaşlı gənclərin 28,7 faizi də tək yaşayanlar qrupuna
daxildir. Qadınlar arasında bu göstərici 21,5 faiz, kişilər
arasında isə 20,4 faiz təşkil edib.




Tək yaşayanların payı iri şəhərlərdə daha yüksəkdir. Əhalisi 100
min nəfərdən çox olan şəhərlərdə sakinlərin 25,9 faizi tək yaşayır.
Kiçik yaşayış məntəqələrində isə bu göstərici 17,2 faizdir.

Almaniya tənha yaşayan insanların payına görə Avropa İttifaqında
ən yüksək göstəricilərdən birinə malik ölkələr sırasındadır. Aİ
üzrə orta göstərici 16,5 faiz olduğu halda, Almaniyanı yalnız Litva
(31,4 faiz), Finlandiya (25,8 faiz), Danimarka (24,3 faiz),
Estoniya və İsveç (hər biri 22 faiz) qabaqlayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir