Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir

Baş səhifə

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir.

Metbuat.az xəbər verir ki, Təzəpir məscidi ilə yanaşı, Bakı və regionlarda ümumilikdə 30 məntəqədə qanvermə aksiyasının təşkili nəzərdə tutulub.

Bu məntəqələrin 23-ü məscid, qalanları isə xəstəxana və ziyarətgahlardır.

Qanvermə aksiyası Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşır. Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə ediləcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir