​Türkiyə yığmasında insident:

Baş səhifə

2026 FIFA Dünya Kubokunda mübarizə aparan Türkiyə milli komandasının ABŞ matçı öncəsi baş tutan son məşqində skandal yaşanıb.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, hazırlıq prosesi zamanı Kerem Aktürkoğlunun vaxtilə “Qalatasaray”da birlikdə çıxış etdiyi Yunus Akgünə qarşı işlətdiyi təhqiramiz ifadə kameraların obyektivinə tuş gəlib. Ulduz futbolçunun keçmiş komanda yoldaşına “Lan gerizəkalı” deməsi milli komandanın düşərgəsində şok effekti yaradıb.

Qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılan bu görüntülər futbol ictimaiyyətinin kəskin reaksiyasına səbəb olub. Bir çox idmansevər və azarkeş milli komandanın düşərgəsində belə bir intizamsızlığın yolverilməz olduğunu bildirərək Kerem Aktürkoğlunun bu hərəkətini tənqid edib. Turnirdə çətin günlər keçirən millinin daxilində yaşanan bu insident komandadakı ümumi ab-havanın gərgin olduğunu nümayiş etdirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir