Ötən gün 62 cinayətin üstü açılıb

Baş səhifə

Bakı. Trend:

İyunun 24-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən
bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən
təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat
verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 209,
o cümlədən borclu şəxs qismində axtarışda olan 165, ailə üzvlərini
məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş
kimi axtarışı aparılan 5 və dələduzluğa görə axtarışda olan 7 nəfər
saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.




Eləcə də narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilib. Polis
əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumi çəkisi 107,2
kiloqramdan artıq narkotik vasitə və 101 kiloqrama yaxın marixuana,
4 kiloqramdan artıq heroin, 1,2 kiloqramdan çox həşiş, 1 kiloqrama
yaxın metamfetamin, həmçinin 1299 ədəd güclü təsiredici xassəyə
malik metadon həbi, o cümlədən kultivasiya yolu ilə yetişdirilmiş
27 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Yabanı halda bitmiş
5,5 ton çəkidə 5435 ədəd çətənə kolu isə aşkarlanaraq məhv
edilib.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və
aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 qumbara, 4
tüfəng, 8 patron darağı və 292 ədəd müxtəlif çaplı patron aşkar
olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər də saxlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir