
Sabirabad rayonunda yol qəzası baş verib.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, Sabirabad sakini 1975-ci il təvəllüdlü Bəyanət İbadovun idarə etdiyi “VAZ”-2107 markalı avtomobillə 1998-ci il təvəllüdlü İmişli sakini Rəvanə Nəsirlinin idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub.
“VAZ”-2107-nin sürücüsü ölüb, sərnişini, Sabirabad sakini, 1987-ci il təvəllüdlü Arif Paşayev, “Nissan”nın sürücüsü, onun övladı, 2016-cı il təvəllüdlü R.Nəsirli və 1991-ci il təvəllüdlü Ülviyyə Azadova xəsarət alıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

