Xocavəndə növbəti köç: 41 ailə

Baş səhifə

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocavənd şəhərinə köç yola salınıb.

Modern.az-ın məlumatına görə, Xocavənd şəhərinə 41 ailə olmaqla, 163 nəfər yola düşüb.

Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir