
Bakı.Trend:
Abşeron rayonu ərazisində silah-sursat aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin
(XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb
edilib.
Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq
təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış
zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 2 ədəd
F-1 və 1 ədəd RQD-5 əl qumbarası, 3 ədəd UZRQM-2 partladıcısı, 67
ədəd 5.45 mm-lik mərmi, 1 ədəd 7.62 mm-lik mərmi, 4 ədəd 9 mm-lik
mərmi, 2 ədəd AK-74 avtomatı və 1 ədəd Makarov tipli tapança olduğu
müəyyən edilib.
Aşkar edilmiş silah-sursatlar XRXX-nin çevik qrupunun
mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

