
Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi
nümayəndəsi Kevin Hamilton görüşüb.
Azərbaycan Prezidentinin köməkçisi bununla bağlı “X” sosial
media hesabında yazıb.
Paylaşımda qeyd edilir:
“NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin
Hamilton ilə məhsuldar görüşüm oldu. Azərbaycan NATO-nun etibarlı
tərəfdaşıdır və əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli
nəticələr əldə etmişik. Xüsusilə, Azərbaycanla NATO arasında
qarşılıqlı fəaliyyətin gücləndirilməsində əldə edilən irəliləyişi
qeyd etdik. Həmçinin, Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif
aspektləri üzrə məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq
doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq”.

