
Bakı.Trend:
Argentinanın Futbol üzrə Milli Komandasının hücumçusu və
kapitanı Lionel Messi sosial şəbəkələrdə geniş yayılmış, İspaniya
yığmasının hücumçusu Lamin Yamalı körpə ikən çimizdirdiyi fotoyla
bağlı açıqlama verib. Messi BMT-nin Uşaq Fondunun (UNICEF) xətti
ilə çəkilmiş fotonun tarixçəsini inanılmaz adlandırıb.
O, bu barədə mətbuat konfransında danışıb.
“Bu foto sadəcə inanılmazdır. Mən onu körpə olanda
çimizdirmişdim, indi isə tezliklə dünya çempionatında qələbə
uğrunda mübarizə aparmaq üçün üz-üzə gələcəyik. Bu, həqiqətən də
inanılmazdır”, – deyə Messi bildirib.
Messi Yamalı dünyanın ən yaxşı futbolçularından biri
adlandırıb.
“Heç bir şübhə yoxdur ki, hazırda o, dünyanın ən yaxşı
futbolçularından biridir. Ona böyük uğurlar arzulayıram. Çünki onun
uğuru “Barselona” üçün də yaxşı olacaq. Amma biz böyük oyun
keçirmək və onun ən yaxşı futbolunu göstərməsinə imkan verməmək
üçün əlimizdən gələni edəcəyik, hərçənd bu, çox çətin olacaq. Biz
təkcə Lamini deyil, bütövlükdə İspaniya millisini də
zərərsizləşdirməyə çalışacağıq. Onların çox güclü futbolçuları var
və əla futbol nümayiş etdirirlər”, – deyə Messi əlavə edib.

