Qədim Azərbaycan kəndinə dolu yağdı

Baş səhifə

Ermənistanın Şirak vilayətində yerləşən və tarixi Azərbaycan yaşayış məntəqələrindən biri hesab olunan Baqravan kəndində (keçmiş Qurduqulu) güclü dolu ciddi fəsadlar törədib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-nə istinadən məlumat yayıb.

İyulun 17-si axşam saatlarında yağan iri dolu və güclü külək nəticəsində kənddə avtomobillərə, yaşayış evlərinin və digər tikililərin dam örtüklərinə ziyan dəyib. Həmçinin çoxsaylı ağaclar aşaraq yolları bağlayıb.

Qeyd edək ki, Baqravan kəndi (tarixi adı Qurduqulu) Arpaçay yaxınlığında, Gümrü–Oktemberyan avtomobil yolunun üzərində yerləşir. Mənbələrə görə, XIX əsrin 30-cu illərinə qədər burada azərbaycanlı əhali yaşayıb. 1828–1829-cu illərdə isə kəndə Osmanlı imperiyasının Alaşkert, Bulanıq və Muş bölgələrindən ermənilər köçürülüb.

Hazırda kənddə təbii fəlakətin vurduğu ziyanın həcmi dəqiqləşdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir