Sertifikatlaşdırma imtahanlarında 22 mindən çox müəllim iştirak edib

Baş səhifə

Bakı. Trend:

17–25 iyun tarixlərində keçirilən müəllimlərin
sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başa
çatıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi
məlumat yayıb.

Bildirilib ki, tam elektron formada, ölkə üzrə 19 şəhər və
rayonda fəaliyyət göstərən 35 imtahan mərkəzində təşkil olunmuş
imtahanlarda ümumilikdə 22 min nəfərdən çox müəllim iştirak edib,
96 faiz davamiyyət qeydə alınıb.

!Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi
avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat
müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.




Əlavə edirik ki, bu gün təşkil olunan təhsilverənlərin
sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin
apellyasiya müraciətlərinin qəbuluna 26 iyun saat 12:00-dan
etibarən start veriləcək.

Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti
olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma”
bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 26 iyul saat 12:00-a qədər
davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan
ediləcək”, – deyə bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir